Saytımızı qiymətləndirin


 
 

Beyləqanda qətlə yetirilən şəxs əməkdar məşqçi və qazi imiş - Fotolar
Tarix: 24-12-2022 | Saat: 12:14
Bölmə:Karusel / Kriminal | çapa göndər

Beyləqanda qətlə yetirilən şəxs əməkdar məşqçi və qazi imiş - Fotolar

Xəbər verdiyimiz kimi, ötən gün Beyləqan rayonunda qətl hadisəsi baş verib.

Rayon ərazisində 1978-ci il təvəllüdlü Rafiq Əliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarəti yetirərək Kamil Fərzəliyevi qəsdən öldürüb.

“Yeni Sabah” qətlə yetirilən K. Fərzəliyev haqda maraqlı məlumat əldə edib. Füzuli rayon Dilağarda kəndindən olan Fərzəliyev ölkənin idman ictimaiyyətinə tanış olan şəxsdir.

1973-cü il təvəllüdlü Kamil Fərzəliyev güləş üzrə əməkdar məşqçidir. O, dəfələrlə dünya çempionu olan Eldəniz Əzizovun şəxsi məşqçisi olub.

Bundan başqa K. Fərzəliyev Birinci Qarabağ Müharibəsi qazisidir. Eyni zamanda Vətən Müharibəsində də iştirak edib, müharibə zamanı ən qaynar döyüş nöqtələrində olub.

 



Xəbəri paylaş

1130 dəfə oxunub.

Digər xəbərlər