Saytımızı qiymətləndirin


 
 

KİV: Ukraynaya göndərilən silahlar Avropanın qara bazarına çıxa bilər
Tarix: 12-06-2026 | Saat: 07:20
Bölmə:Karusel / Dünya | çapa göndər

KİV: Ukraynaya göndərilən silahlar Avropanın qara bazarına çıxa bilər

Ukraynaya göndərilən silahlar üzərində nəzarət kifayət qədər güclü olmazsa, onların bir hissəsi Avropanın qara bazarına çıxa bilər.

Bu barədə "Berliner Zeitung" qəzeti yazıb.

Nəşr qeyd edir ki, Avropa xüsusi xidmət orqanları, polis strukturları və tədqiqat institutları 1990-cı illərdə Balkanlarda baş vermiş hadisələrin təkrarlanması riskindən narahatdırlar.

Qəzet xatırladır ki, Yuqoslaviya müharibələrindən sonra çoxlu sayda atıcı silah qara bazara çıxmış və mütəşəkkil cinayətkar qrupların əlinə keçmişdi.

Məqalədə vurğulanır ki, 2022-ci ildən bəri Ukrayna dünyanın ən böyük silah idxalçısına çevrilib. Təkcə ABŞ bu ölkəyə təxminən 18 milyard dollar dəyərində hərbi məhsul göndərib.

Nəşr qeyd edir ki, Vaşinqton özü də bütün silahların sonradan hara düşdüyünə tam nəzarət edə bilmədiyini etiraf edib.

 



Xəbəri paylaş

7 dəfə oxunub.

Digər xəbərlər