ABŞ Məxfi Xidməti Ağ Evin keçmiş sahibi Donald Trampa sui-qəsd cəhdi ilə əlaqədar zabitlərinin hərəkətlərini araşdırmaq üçün Konqresin komitələri ilə işləyəcək.
qarabaginfo.az xəbər verir ki, bu barədə kəşfiyyat xidmətinin direktoru Kim Çitl açıqlama verib.
“Prezident Co Baydenin dünən elan etdiyi müstəqil araşdırmanın zərurətini başa düşürük və orada tam şəkildə iştirak edəcəyik. Biz həmçinin istənilən tədbirin görülməsi üçün Konqresin müvafiq komitələri ilə əməkdaşlıq edəcəyik”, – o deyib.
Bayden Trampın sui-qəsd cəhdi ilə üzləşdiyi Pensilvaniya ştatında baş verən mitinq zamanı baş verənlərin müstəqil araşdırmasının aparılması üçün göstəriş vermişdi. O əlavə edib ki, bu araşdırmanın nəticələri ictimaiyyətə açıqlanacaq.