Tarix: 15-02-2025 | Saat: 23:50
Bölmə:Karusel / Siyasət | çapa göndər
15 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Moldova Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Mihai Popşoy ilə görüşüb.
Qarabaginfo.az xəbər verir ki, görüşdə Azərbaycan və Moldova arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, habelə regional və beynəlxalq vəziyyətlə bağlı aktual məsələlər müzakirə olunub.
İki ölkə arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan dostluq münasibətlərinin inkişafında ali və yüksək səviyyəli təmasların rolu qeyd edilib.
İki ölkə arasında çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər