Saytımızı qiymətləndirin


 
 

“Bu hərəkətimə görə peşman deyiləm” - Samirə Əfəndi
Tarix: 25-11-2025 | Saat: 12:32
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

bu-hereketime-gore-pesman-deyilem

Müğənni Samirə Əfəndinin Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin finalında Ermənistan nümayəndəsinə 12 bal verməsi, daha sonra onunla qucaqlaşması müzakirələrə səbəb olub.

Qarabaginfo.az xəbər verir ki, Samirə Əfəndi birmənalı qarşılanmayan bu davranışına prodüser Tarix Əliyevin (Tolik) “Tarixin bir günü” verilişində aydınlıq gətirib.

“Bir qazi qızı, general nəvəsi və bu ölkənin vətəndaşı olduğum üçün düşünürəm ki, gələcək biz gənclərin əlindədir. Sözsüz ki, biz tarixi unutmarıq və unutdurmarıq. Prezidentimizin qurduğu sülh siyasətinin dalınca getməyə çalışıram. Mənə elə gəlir ki, ölkədən kənara çıxan və göz önündə olan hər kəs sülhə doğru kiçik körpülər qurmalıdır.

Mən həmin iştirakçını finala qədər çox kəsmişəm. Elə olub ki, hər kəs 12 bal verib, amma mən 10 bal vermişəm. Söhbət musiqidən, təhsildən gedirsə, həmin iştirakçı həqiqətən çox gözəl ifa edirdi. Ona 12 bal verməyim hamını çox heyrətləndirdi. Mən bu hərəkətimə görə peşman deyiləm. Çünki dəfələrlə onun haqqına girdim. Amma finalda onun layiq olduğu xalı verdim. Mən musiqiçi kimi baxıram, siyasətçi deyiləm ki, düşmənlik edim. Mən ora düşmənlik etməyə yox, ölkəmi təmsil etməyə getmişəm”, - ifaçı bildirib. 

Qeyd edək ki, müsabiqənin final mərhələsində Azərbaycanı münsif qismində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorkyana ən yüksək - 12 bal verib



Xəbəri paylaş

20 dəfə oxunub.

Digər xəbərlər