Tarix: 12-03-2024 | Saat: 12:14
Bölmə:Karusel / Dünya | çapa göndər
Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən hakim Tomoko Akane 3 il müddətinə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sədri seçilib.
Qarabaqinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Tomoko Akane bununla bağlı deyib:
“Beynəlxalq Cinayət Məhkəməsinin sədri seçilməkdən şərəf duyuram. Bu çətin dövrlərdə məhkəmənin sabit, əməkdaşlıq edən və vahid liderliyə ehtiyacı var”.
Akane bu açıqlama ilə diqqəti məhkəmələr arasında dialoqun inkişafına, eləcə də həm üzv dövlətlərlə, həm də “Roma statu”nu hələ ratifikasiya etməmiş dövlətlərlə dialoqun gücləndirilməsinə yönəltməyi planlaşdırdığını vurğulayıb.
2023-cü il martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Putin və uşaq hüquqları müdafiəçisi Mariya Lvova-Belovanın həbsinə beynəlxalq order verib. Onlar ukraynalı uşaqların qanunsuz deportasiyasında şübhəli bilinirlər.
Bu qərardan bir neçə gün sonra Rusiya İstintaq Komitəsi əmri verən prokurora və Tomoko Akane də daxil olmaqla BCM-nin üç hakiminə qarşı cinayət işi açıb və 4 ay sonra onlar axtarışa verilib.
Digər xəbərlər