Saytımızı qiymətləndirin


 
 

Çavuşoğlu dəniz quldurlarının hücumu nəticəsində azərbaycanlı dənizçinin ölümü ilə əlaqədar Ceyhun Bayramova başsağlığı verib
Tarix: 24-01-2021 | Saat: 09:26
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Ceyhun Bayramov Çavuşoğlu ilə bir arada — Fotolar + Video

Bu ilin 24 yanvar tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Qarabaginfo.az xəbər verir ki, XİN-in Mətbuat Xidməti idarəsindən verilən məlumata görə, Mövlud Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar nazir Ceyhun Bayramova başsağlığı bildirib. Türkiyə xarici işlər naziri gəmi heyətinin axtarış-xilasetmə işlərinə başlanıldığını söyləyib.

Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.

Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçiriləcəyi qeyd olunub.

Nazirlər dəniz quldurlarının beynəlxalq hüquqa zidd əməllərini qəti şəkildə qınayıblar.



Xəbəri paylaş

1373 dəfə oxunub.

Digər xəbərlər