Saytımızı qiymətləndirin


 
 

Möcüzə nəticəsində sağ qalan Səlihət 17 yaşını qeyd etdi - Foto
Tarix: 22-01-2025 | Saat: 15:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

mocuze-neticesinde-sag-qalan-selihet-17-yasini-qeyd-etdi

AZAL-ın qəzaya uğrayan təyyarəsindən sağ çıxan zaqatalalı Səlihət Ceerova müalicə aldığı xəstəxanada 17 yaşını qeyd edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə klinikanın mətbuat katibi Nuridə Allahyarova öz sosial şəbəkə hesabında paylaşım edib.

“Xəstəliyə yenik düşənlərimiz üçün üzülüb, qəzadan qurtularaq yaralarına rəğmən həyata tutunanların sevincinə şərik oluruq. Səlihət ağır təyyarə qəzasından möcüzə ilə xilas olan yeniyetməmizdir. Bu gün müalicəsinin davam etdiyi Yeni Klinikada 17 yaşını tamamladı. Gecə ağladıq, səhər isə toparlanıb onun ad gününü qeyd etdik”, - N. Allahyarova bildirib.

Qeyd edək ki, ötən il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus “Embraer-190” tipli təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşüb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Məlumata görə, təyyarədə Zaqataladan 10 nəfər olub. Onlardan 7-si həlak olub, 3-ü isə yaralanıb.

 



Xəbəri paylaş

19 dəfə oxunub.

Digər xəbərlər