Tarix: 04-04-2024 | Saat: 13:35
Bölmə:Karusel / Region | çapa göndər
“Rusiya Xarici İşlər Nazirliyi rəsmilərinin bəyanatları onların müzakirələr üçün platforma yaradılmasında maraqlı olmadığını göstərir”.
Qarabaginfo.az “news.am”a istinadən xəbərinə görə, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
O deyib ki, diplomatların dialoqu üçün müvafiq mühitin formalaşması son dərəcə zəruridir.
Kostanyanın sözlərinə görə, rəsmi İrəvan hüquqi tərəfdaşı olan Rusiyadan ikitərəfli münasibətlərə xələl gətirəcək addımlardan çəkinməsini gözləyir:
“Diplomatlar adətən bütün tərəfdaşlarla müxtəlif səviyyələrdə dialoq həyata keçirir. Əlbəttə ki, müxtəlif mövzuların müzakirəsi üçün müvafiq mühit formalaşdırılmalıdır. Rusiya Xarici İşlər Nazirliyinin bir sıra vəzifəli şəxslərinin bəyanatları isə buna mane olur. Biz dəfələrlə ikitərəfli münasibətlərimizdə mövcud olan problemləri dilə gətirmişik. Ümid edirik ki, “de-yure” müttəfiqimiz olan Rusiya bu bəyanatlara təkcə sözdə deyil, atacağı addımlarla da reaksiya verəcək. Söhbət rəsmi Moskvanın onların da bəyan etdiyi kimi müttəfiq olan Ermənistanın maraqlarına xələl gətirməyəcək addımlar atmasından gedir”.
Digər xəbərlər