Saytımızı qiymətləndirin


 
 

Nepalda daşqın nəticəsində ölənlərin sayı 579-a çatıb
Tarix: 29-08-2026 | Saat: 07:52
Bölmə:Karusel / Dünya | çapa göndər

Nepalda daşqın nəticəsində ölənlərin sayı 579-a çatıb

Nepalın Çin sərhədinə yaxın Rasuva bölgəsi və ətrafında baş verən daşqınlar nəticəsində ölənlərin sayının 579-a yüksəlib.

Qarabaginfo.az xəbər verir ki, fəlakətin təsirinə məruz qalan ərazilərdə axtarış-xilasetmə işləri davam edir.

Daşqınlar nəticəsində onlarla körpü dağılıb, yollar zərər görüb və xilasetmə əməliyyatlarına helikopterlər cəlb olunub.

Məlumata görə, 1924 nəfər, o cümlədən 517 xarici vətəndaş hələ də itkin düşmüş hesab olunur.

Təxminən 4 min nəfər daşqın bölgələrindən xilas edilib, axtarış-xilasetmə və yardım işlərinə 15 min təhlükəsizlik əməkdaşı cəlb olunub.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, daşqından əvvəl baş verən 5,2 bal gücündə seysmik hərəkətin səbəbi buzlaqların çökməsi olub. Mütəxəssislər daşqının dağlıq ərazidən qopan buz parçalarının səbəb olduğu uçqun nəticəsində baş verdiyini bildiriblər.



Xəbəri paylaş

27 dəfə oxunub.

Digər xəbərlər
29-08-2022, 12:17 Sabah hava necə olacaq?