Saytımızı qiymətləndirin


 
 

CAS Nurlan İbrahimovun şikayəti üzrə qərarın tarixini yenidən təxirə salıb
Tarix: 20-01-2022 | Saat: 19:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

CAS Nurlan İbrahimovun şikayəti üzrə qərarın tarixini yenidən təxirə salıb

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-dan şikayəti ilə bağlı qərarını yenidən təxirə salıb.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə N.İbrahimovun özü sosial şəbəkə hesabında yazıb. O, CAS-ın müraciət üzrə cavabı yanvarın 27-dək martın 22-dək uzatdığını bildirib.

Sabiq mətbuat katibi beynəlxalq qurumun hüquqi deyil, siyasi xarakterli addım atdığını bildirib:

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin bu, 27 yanvaradək təxirə salınıb.



Xəbəri paylaş

1275 dəfə oxunub.

Digər xəbərlər
15-03-2023, 15:26 XİN-dən Paşinyana CAVAB