Tarix: 23-05-2022 | Saat: 16:12
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə Qarabağdakı vəziyyəti müzakirə edib.
Qarabaginfo.az xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı regiondakı vəziyyət və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı işlər müzakirə olunub.
Tərəflər Qarabağ məsələsinin hərtərəfli həllindən də danışıblar. Bu kontekstdə Qriqoryan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rolunu qeyd edib.
Xatırladaq ki, mayın 22-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş keçirilib. Müzakirələr nəticəsində regional kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın işinə başlanması istiqamətində gələcək işlərə dair razılıq əldə olunub.
Digər xəbərlər