Saytımızı qiymətləndirin


 
 

KTM: Ötən ay zəhərlənən 812 nəfərdən 7-i ölüb
Tarix: 02-06-2023 | Saat: 10:13
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

KTM: Ötən ay zəhərlənən 812 nəfərdən 7-i ölüb

May ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 812 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, onlardan 167-si Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 83-ü dərmandan, 41-i sirkə turşusundan, 2-si dəm qazından, 13-ü alkoqollu içkidən zəhərlənib. Digərlərindən 2-si anaflaksiya, 13-ü allergik reaksiya, 4-ü isə botulizm, 9-u isə ilan sancması səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 72-si qadın, 79-u kişi, 16-sı isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 5 nəfər sirkə turşusundan, 1 nəfər qeyri üzvü turşudan, 1 nəfər isə komatoz vəziyyətdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 4-ü kişi, 3-ü qadındır.



Xəbəri paylaş

1325 dəfə oxunub.

Digər xəbərlər