Ana Sayfa > Karusel / Gündəm > Qriqoryan ATƏT nümayəndəsilə Qarabağı müzakirə etdi
Qriqoryan ATƏT nümayəndəsilə Qarabağı müzakirə etdi23-05-2022, 16:12. Yazar: Admin |
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə Qarabağdakı vəziyyəti müzakirə edib.
Tərəflər Qarabağ məsələsinin hərtərəfli həllindən də danışıblar. Bu kontekstdə Qriqoryan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rolunu qeyd edib. Xatırladaq ki, mayın 22-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş keçirilib. Müzakirələr nəticəsində regional kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın işinə başlanması istiqamətində gələcək işlərə dair razılıq əldə olunub. Geri dön |