Ana Sayfa > Karusel / Gündəm > CAS Nurlan İbrahimovun şikayəti üzrə qərarın tarixini yenidən təxirə salıb
CAS Nurlan İbrahimovun şikayəti üzrə qərarın tarixini yenidən təxirə salıb20-01-2022, 19:10. Yazar: Admin |
İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-dan şikayəti ilə bağlı qərarını yenidən təxirə salıb. Qarabaginfo.az-ın məlumatına görə, bu barədə N.İbrahimovun özü sosial şəbəkə hesabında yazıb. O, CAS-ın müraciət üzrə cavabı yanvarın 27-dək martın 22-dək uzatdığını bildirib. Sabiq mətbuat katibi beynəlxalq qurumun hüquqi deyil, siyasi xarakterli addım atdığını bildirib: Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin bu, 27 yanvaradək təxirə salınıb. Geri dön |