Saytımızı qiymətləndirin


 
 

Zelenski Rusiyanın raket hücumunu terror adlandırdı
Tarix: 10-02-2023 | Saat: 17:18
Bölmə:Karusel | çapa göndər

Zelenski Rusiyanın raket hücumunu terror adlandırdı

 

"Raketlər NATO-nun hava ərazisini keçib və bu, kollektiv təhlükəsizliyə təhdiddir".

 

Qarabaginfo.az BBC-yə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

 

O, ölkəyə növbəti raket hücumunu dayandırılması vacib olan terror adlandırıb. Zelenskinin sözlərinə görə, bu gün səhərdən Rusiya ən azı 70 raket atıb, ən azı 60 raket vurularaq zərərsizləşdirilib.

 

"Bütün hədəfləri mülki insanlar, mülki infrastruktur idi. Təəssüf ki, zərbələr oldu, itkilər var. Ailələrə başsağlığı verirəm! Rusiyanın bir neçə raketi Moldova və Rumıniyanın hava məkanından keçib. Bu raketlər NATO-ya, kollektiv təhlükəsizliyə təhdiddir. Dünya bunu dayandırmalıdır. Bunu anlayan hər kəsə təşəkkür edirəm", - deyə Ukrayna lideri bildirib.

 

O, ölkənin Hərbi Hava Qüvvələrinə də təşəkkür edib.



Xəbəri paylaş

94 dəfə oxunub.

Digər xəbərlər
12-01-2022, 14:13 Sabah yağış yağacaq