Tarix: 01-10-2021 | Saat: 16:44
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycan həqiqətlərinin, Ermənistanın dövlət səviyyəsində ölkəmizə qarşı apardığı terror siyasətinin, həmçinin 44 günlük Vətən Müharibəsi zamanı döyüş meydanlarında şanlı ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərin qanı, qazilərimizin isə sağlamlıqları hesabına qazandığı tarixi zəfəri sosial şəbəkələr vasitəsi ilə dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm işlər görən
və “Karabakh.ru” səhifələrinin yaradılmasından bu gün bir il ötür.
Qarabaginfo.az xəbər verir ki, “İnstagram”, “Facebook”, eləcə də “Twitter”də yaradılan bu səhifələr əsasən rus və ingilis dillərində hazırlanan postlar və məlumatlar vasitəsilə xarici ölkə vətəndaşlarını “ancaq həqiqət” devizi altında dolğun informasiyalarla təmin edir.
Qısa zaman ərzində sosial şəbəkələrdə yüz minlərlə izləyicini ətrafına toplaya bilən
və “Karabakh.ru” səhifələrinin təşəbbüsü ilə müharibə dövründə dəfələrlə üzərində “Qarabağ Azərbaycandır” şuarı olan avtomobilin Londonun Parlament və Trafalqar meydanları, Baş Nazirin ofisi, həmçinin Ermənistanın səfirliyi önündə və şəhərin mərkəzi küçələrində hərəkəti təşkil edilib. Nəticədə Böyük Britaniya vətəndaşları və turistlərin diqqətinin bu məsələyə cəlb edilməsinə nail olunub.
Həmçinin bu günlərdə qeyd edilən səhifələrin təşkilatçılığı ilə əvvəlcədən verilən elan nəticəsində Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil qərərgahının önündə ABŞ-da yaşayan həmyerlilərimizin iştirakı ilə dinc aksiya da keçirilib. Aksiyanın məqsədi işğaldan azad edilmiş bölgələrdə humanitar problem olan Ermənistanın uzun illər ərzində basdırdığı minalar haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaq olub. BMT-nin baş ofisi önündə dünya liderlərinə Ermənistana minalı ərazilərin xəritələrinin Azərbaycana verilməsi üçün təzyiq edilməsi üçün çağırışlar edilib.
Qeyd edək ki, “Karabakh” və “Karabakh.ru” səhifələrinin layihə rəhbərləri A.Cahid, E.Əliyev və V.Məhərrəmovun təşkilatçılığı, eləcə də peşəkar komandanın fəaliyyəti nəticəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı günü, 20 Yanvar, Xocalı, Ballıqaya, Ağdaban, Başlıbel, Bağanıs-Ayrım Qaradağlı faciələri, həmçinin Ermənistanın Vətən Müharibəsi zamanı dinc əhaliyə qarşı törətdiyi qanlı cinayətlər barədə mütəmadi paylaşımlar edilir və sosial şəbəkələrdə xarici ölkə istifadəçiləri bu barədə məlumatlandırılır. Həmin səhifələr vasitəsi ilə uzun illər davam etmiş Dağlıq Qarabağ münaqişəsinin başlama səbəbləri, 22 fevral 1988-ci ildə Əsgəran şəhərində ermənilərin separatçı çıxışlarına etiraz etdikləri üçün qətlə yetirilən Azərbaycan vətəndaşları Bəxtiyar Quliyev və Əli Hacıyev barədə rus və ingilis dillərində məlumatlar yerləşdirilərək sosial şəbəkə istifadəçiləri münaqişənin tarixi barədə məlumatladırılır. “Karabakh” və “Karabakh.ru” səhifələrində erməni terror təşkilatlarının 90-cı illərin əvvəllərində Tbilisi-Ağdam avtobusunda törətdikləri partlayış, 1991-ci ilin noyabr ayında Qarakənd səmasında mülki vertolyotun vurulması ilə nəticələnən hadisə və bu kimi tarixi günlər barədə də mütəmadi olaraq məlumatlar yerləşdirilir.
Bir məqam da xüsusi olaraq vurğulanmalıdır ki, “Karabakh” və “Karabakh.ru” layihəsi gündəmə gələn zaman bu ideyanın müəllifləri “İnstagram”, “Facebook” və “Twitter” sosial şəbəkələrində eyni adın bütün variantların digər seqmentlər tərəfindən yaradıldığının şahidi olublar. Həmin sosial şəbəkələrlə aparılan danışıqlar və gərgin fəaliyyətin nəticəsində bu səhifələrin “Karabakh” adı altında məhz Azərbaycan vətəndaşları tərəfindən idarə olunmasına, eləcə də tarixi faktların obyektiv şəkildə sosial mediada təqdim edilməsinə nail olundu.
“Karabakh” və “Karabakh.ru” səhifələri bundan sonra da döyüş meydanında bitən müharibənin sosial şəbəkələrdə davam etdiyini anlayaraq Azərbaycanın ədalətli mövqeyi barədə müfəssəl məlumatlar tirajlamaqda, ölkəmizə qarşı yönəlmiş qüvvələrə layiqli cavablar verməkdə və erməni yalanlarının sosial şəbəkələrdə ifşasını qətiyyətlə davam etdirəcək.
Digər xəbərlər