Saytımızı qiymətləndirin


 
 

Patriarx Kirill dini liderlərin üçtərəfli görüşünə dair bəyanat yayıb
Tarix: 13-10-2021 | Saat: 15:18
Bölmə:Karusel / Siyasət | çapa göndər

Patriarx Kirill dini liderlərin üçtərəfli görüşünə dair bəyanat yayıb

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill özünün, Azərbaycan və Ermənistanın dini liderlərinin üçtərəfli görüşünün yekununa dair birgə bəyanat qəbul edib. 

Qarabaginfo.az xəbər verir ki, bəyanatı Moskva və Bütün Rusiyanın Patriarxı Kirill səsləndirib.

 

O, bəyanat hazırlamandan öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Bütün ermənilərin katalikosu II Qareginlə məsləhətləşmələr apardığını və onların razılığının alındığını bildirib.

 

“Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı mərhələsindəki çətinliklərə baxmayaraq, hesab edirik ki, məhz Allaha inam, sevgi çoxillik faciəvi qarşıdurmanın yaralarını sağalda bilər. Bu, ruhani müdriklik tələb edən çox çətin yoldur. Azərbaycan və Ermənistan xalqları üçün birlikdə yaşamaqdan başqa gələcək yoxdur. Bu gün insanların bir-birinə inamını bərpa etmək çox vacibdir”, - bəyanatda qeyd olunub.

 

Qeyd edək ki, Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill və Bütün ermənilərin katalikosu II Qaregin arasında üçtərəfli görüş keçirilib.



Xəbəri paylaş

1269 dəfə oxunub.

Digər xəbərlər
5-02-2022, 16:28 Ərdoğan Omicrona yoluxub