Piyadanı vurub qaçarkən başqasını da vurdu, evinə gedib özünü... - Bakıda film kimi olay
Tarix: 18-04-2023 | Saat: 12:05
Bölmə:Karusel / Kriminal | çapa göndər
Bakıda dəhşətli hadisə baş verib.
1187 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-04-2023 | Saat: 12:05
Bölmə:Karusel / Kriminal | çapa göndər
Bakıda dəhşətli hadisə baş verib.Bu barədə Medianews.az saytına məlumat daxil olub.
Məlumatda qeyd olunur ki, 15 aprel 2023-cü il tarixində saat 03:00 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində Balli Market ilə üzbə-üz yolu keçərkən "Mercedes” markalı maşının sürücüsü 1988-ci il təvəllüdlü Nadir Hüseynov, piyadanı - 17.10.1988-ci il təvəllüdlü Vəliyev Ramili Aydın oğlunu yolu keçərkən maşınla vurub.
Şikayətçi daha bildirib ki, sürücü hadisə yerindən qaçıb. Zərərçəkmiş şəxs Sabunçu rayonu 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib və vəziyyəti ağırdır. Onun iki ayağı sınıb, kəllə-beyin travması alıb.
Şikayətçi onu da iddia edir ki, həmin sürücü hadisə yerindən qaçarkən başqa bir piyadanı da vurub, daha sonra evinə gedərək intihar edib. Şikayətçi bu məlumatın onlara polis tərəfindən verildiyini deyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sorğuya cavab olaraq bildirib ki, aprelin 15-də saat 03:40 radələrində Nadir Hüseynov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolun kənarında dayanan R.Vəliyevi vuraraq hadisə yerindən uzaqlaşıb. Nəticədə piyada hər iki ayağının sınığı və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Sürücü N.Hüseynov isə hadisədən sonra yaşadığı ünvana gedərək özünə qəsd edib.
Araşdırma aparılır.

Xəbəri paylaş
Digər xəbərlər
21-07-2023, 10:40
Sabah Şuşada “IV Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu başlayır
25-09-2026, 07:26
Heydər Əliyev Sarayında “Koroğlu” operası nümayiş olunub
14-07-2024, 21:08
KİV: Zelenski Vaşinqtonda Baydenlə görüşündən son dərəcə məyus olub
14-01-2022, 19:40
Ölkə üzrə yanvar ayının pensiyaları tam ödənilib
21-01-2025, 17:43
İlham Əliyev Ərdoğana başsağlığı verib
19-09-2021, 14:50
Polis qanunsuz sərnişin daşıyan sürücüləri cərimələdi - Fotolar
1-11-2022, 13:00
Komandolar taktiki-xüsusi təlim keçib - VİDEO
24-10-2023, 16:49
BQXK Vardanyan, Arutyunyan və digər separatçılara baş çəkdi
28-03-2023, 12:29
Zaur Nağıyev: “Orta Dəhliz çərçivəsində quru yük gəmiləri və "Ro-Pax" tipli bərələr alınacaq”
5-03-2026, 21:15
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar














