Saytımızı qiymətləndirin


 
 

Reznikov Ərdoğanla görüşündən yazdı
Tarix: 01-04-2022 | Saat: 00:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

Reznikov Ərdoğanla görüşündən yazdı

Ukraynanın müdafiə naziri Aleksey Reznikov İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə nazir feysbuk hesabında paylaşım edib.

“Fürsətdən istifadə edərək, Ukraynaya verdiyi dəstəyə, o cümlədən, siyasi və diplomatik dəstəyə görə Türkiyəyə təşəkkürümü bildirdim.

Biz cəbhə xəttindəki vəziyyəti müzakirə etdik. Mən Türkiyə dövlətinin rəhbərinə Rusiyanın Ukraynanın mülki əhalisinə qarşı törətdiyi hərbi cinayətlər, infrastrukturun dağıdılması ilə bağlı ətraflı məlumat verdim.

Humanitar yardım məsələlərinə və Mariupoldan mülki əhalinin, ilk növbədə yaralıların təxliyəsi imkanlarına xüsusi diqqət yetirdik.

Ölkəmizə verdiyi dəstəyə və Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə nəticəsində vətənini tərk edərək Türkiyəyə qaçmağa məcbur olan bütün Ukrayna vətəndaşlarına göstərilən köməyə görə Türkiyə Prezidentinə və bütün türk xalqına səmimi minnətdarlığımı bildirirəm”, - Reznikov yazıb.



Xəbəri paylaş

1246 dəfə oxunub.

Digər xəbərlər