Saytımızı qiymətləndirin


 
 

Ən yüksək balı o toplayıb
Tarix: 07-04-2023 | Saat: 16:10
Bölmə:Karusel / Təhsil | çapa göndər

Ən yüksək balı o toplayıb - YENİLƏNİB

 

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5 mart 2023-cü il tarixində keçirilən imtahanda ən yüksək nəticə göstərən şagirdin kimliyi məlum olub. 

 

Qarabaginfo.az Modern.az-a istinadən xəbər verir ki, həmin şəxs 296.7 bal toplayan şagird Hacıyev Arif Nəriman oğludur.

 

O, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 11b sinfində oxuyur.

***

15:10

 

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

 

Bildirilib ki, imtahan iştirakçıları arasında ən yüksək nəticəni 296.7 bal toplayan Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi göstərib.

 

Məlumata görə, həmin şagird 2 il əvvəl də 9-cu sinif buraxılış imtahanında 282.6 bal toplamaqla yüksək nəticə ələ etmişdi.



Xəbəri paylaş

194 dəfə oxunub.

Digər xəbərlər