Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev erməni həmkarına məktub göndərib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məktubda bildirilir ki, Ermənistan və Azərbaycanın şərti sərhədindən bir neçə yüz metr aralıda yerləşən Arazdəyən kəndi yaxınlığında transsərhəd təsir göstərə biləcək fəaliyyətlərlə əlaqədar Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasına uyğun olaraq müvafiq prosedura başlanılıb.
Məlumata görə, nazir qarşı tərəfdən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd Arazdəyəndə iri metallurgiya zavodunun tikintisini dayandırmağı tələb edib.