Saytımızı qiymətləndirin


 
 

Sülh müqaviləsinin ŞOK DETALLARI: 65 min azərbaycanlı Ermənistana qayıdır
Tarix: 13-07-2023 | Saat: 13:24
Bölmə:Karusel / Siyasət | çapa göndər

Sülh müqaviləsinin ŞOK DETALLARI: 65 min azərbaycanlı Ermənistana qayıdır

Erməni mediasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan arasında danışıqlar barədə məlumatlar tirajlanır. 

Qarabaginfo.az xəbər verir ki, Ceyk Sallivan tərəfindən Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı Armen Qriqoryana 7 bəndin təqdim edildiyi iddia olunur:

1. Sülh müqaviləsi ilin sonuna kimi və yalnız Vaşinqtonda imzalanmalıdır;

2. Ermənistan tərəfi cənub regionlarına 65,000 azərbaycanlı qaçqını qəbul etmək öhdəliyini öz üzərinə götürür;

3. Azərbaycanlıların təhlükəsizlik məsələlərinin həll edilməsi üçün Zəngəzurda rəsmi Bakının müəyyən şöbəsi açılır;

4. Ermənistan 2026-cı ilə qədər Rusiya bazasını çıxarmağı və onu Şərq Tərəfdaşlığı proqramı çərçivəsində NATO-nun təlim bölmələri ilə əvəz etmək öhdəliyini götürür;

5. SSRİ dönəmində Ermənistanda olmuş Azərbaycana məxsus anklavlar geri qaytarılır;

6. Ümumdünya Gömrük Təşkilatının iştirakı ilə Zəngəzur dəhlizi açılır;

7. Ermənistan tərəfi Qarabağa iddialarından əl çəkir.

Xatırladaq ki, ABŞ tərəfinin İrəvana təqdim etdiyi 7 bəndlə bağlı rəsmi Vaşinqton hələlik rəsmi açıqlama yaymayıb.(Yenisabah.az) 



Xəbəri paylaş

176 dəfə oxunub.

Digər xəbərlər