Saytımızı qiymətləndirin


 
 

Çoxmərtəbəli binada güclü yanğın - Ölən var 
Tarix: 05-02-2024 | Saat: 19:29
Bölmə:Karusel / Hadisə | çapa göndər

Çoxmərtəbəli binada güclü yanğın - Ölən var 

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

 

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının yeddimərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 45 kvadratmetr olan iki otaqlı mənzildə baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın genişlənərək mənzilin digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində mənzilin bir otağının yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb. Hadisə zamanı tüstüdən boğulmuş 1932-ci il təvəllüdlü Ə.Mehdiyevin meyiti aşkar olunub.

 

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



Xəbəri paylaş

1202 dəfə oxunub.

Digər xəbərlər