Saytımızı qiymətləndirin


 
 

Gürcüstan Konstitusiya Məhkəməsi müxalifət partiyalarının ləğvi məsələsini nəzərdən keçirməyə başlayıb
Tarix: 06-10-2026 | Saat: 21:12
Bölmə:Karusel / Dünya | çapa göndər

Gürcüstan Konstitusiya Məhkəməsi müxalifət partiyalarının ləğvi məsələsini nəzərdən keçirməyə başlayıb

Gürcüstanın Konstitusiya Məhkəməsi hakim “Gürcü Arzusu” partiyasının müxalifət partiyalarının ləğvi ilə bağlı iddiasını nəzərdən keçirməyə başlayıb.

Qarabaginfo.az xəbər verir ki, məhkəmənin bugünkü qərarı ilə iş baxılması üçün plenuma təqdim edilib.

İddiada sabiq prezident Mixeil Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyası, “Dəyişikliklər naminə” koalisiyası, “Lelo - Güclü Gürcüstan”, “Federalistlər” və keçmiş baş nazir Giorgi Qaxariyanın “Qaxariya Gürcüstan naminə” partiyalarının Gürcüstan Konstitusiyasına zidd elan edilməsi tələbi yer alıb.

Qeyd edək ki, Gürcüstan parlamentinin 88 deputatının imzaladığı ilk iddia ötən ilin oktyabrında Konstitusiya Məhkəməsinə təqdim olunmuşdu. “Gürcü Arzusu” ötən ay iddianı “Qaxariya Gürcüstan naminə” partiyasını əlavə etməklə yeniləyib. Partiya iddiada göstərdiyi siyasi birlikləri 2024-cü ildə baş tutmuş parlament seçkilərinin legitimliyini tanımamaqda, siyasi quruluşun zorla dəyişdiriliməsinə yönəlmiş fəaliyyət göstərməkdə və Gürcüstana qarşı sanksiyaların tətbiqinə çağırışlarda ittiham edir.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər