Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN: Ermənistan 102-ci hərbi bazanın çıxarılmasının məsuliyyətini Moskvanın üzərinə qoymağa çalışır
Tarix: 06-10-2026 | Saat: 21:07
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya XİN: Ermənistan 102-ci hərbi bazanın çıxarılmasının məsuliyyətini Moskvanın üzərinə qoymağa çalışır

Ermənistan Rusiya hərbi bazasının ölkədən mümkün çıxarılması ilə bağlı məsuliyyəti Moskvanın üzərinə qoymağa çalışır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin RİA Novosti-yə bildirib.

Onun sözlərinə görə, İrəvan məsələni elə təqdim etməyə çalışır ki, guya Rusiya hərbi bazasının Ermənistanda gələcək fəaliyyətinin müzakirəsini məhz Moskva başladıb.

“Ermənistanın hakim elitası çox vaxt ən mühüm qərarların xarici oyunçular tərəfindən qəbul ediləcəyini gözləyir”, – Kaluqin deyib.

Qeyd edək ki, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının gələcəyi ilə bağlı müzakirələr son dövrdə gündəmə gəlib.



Xəbəri paylaş

33 dəfə oxunub.

Digər xəbərlər