Saytımızı qiymətləndirin


 
 

Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Tarix: 06-10-2026 | Saat: 22:59
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO

“Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış şəhidlərimizin dəyərli həyat yoldaşları ilə Türkiyə Qardaşlıq Görüşündə bir araya gəldik”.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş öz “X” hesabında yazıb.

“Can Azərbaycanın dilindən gələn qonaqlarımızı öz ailəmizdən biri kimi qəbul edir, “bir millət, iki dövlət” şüarı ilə qəlbimizdəki bağlılığı daha da möhkəmləndiririk.

Qəhrəmanlarımızı rəhmət və ehtiramla yad edir, qardaşlarımızla birliyimizin əbədi olmasını arzulayıram”, - nazir əlavə edib.

 



Xəbəri paylaş

48 dəfə oxunub.

Digər xəbərlər