Saytımızı qiymətləndirin


 
 

Ölkəyə ən çox turist Rusiya və Türkiyədən GƏLİB
Tarix: 07-09-2022 | Saat: 16:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

Avqust ayında Azərbaycana 171 960 əcnəbi səfər edib.

 

Bu barədə Qarabaginfo.az-a Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib.

 

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 123 faiz çoxdur. Belə ki, ötən ilin avqustunda ölkəyə 77 119 xarici turist gəlib.

 

Bu ilin yanvar-avqust ayları ərzində isə ölkəyə 1 004 146 əcnəbi gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 127 faiz artım qeydə alınıb. Belə ki, ötən 2021-ci ilin ilk 8 ayında ölkəyə 442 592 xarici turist səfər etmişdi.

 

Ən çox turist isə Rusiya (43 010), Türkiyə (24 159), Səudiyyə Ərəbistanı (22 774), İran (14 399) və Gürcüstandan (7585) gəlib.

 

Ziyarətçilərin regionlar üzrə payı Yaxın Şərq üzrə 25,3, Rusiya üzrə 25, Asiya ölkələri üzrə 14, Türkiyə üzrə 14, İran üzrə 8,4, Avropa üzrə 7, Gürcüstan üzrə 4,4, digər ölkələr üzrə isə 1,7 faiz olub.

 

Qeyd edilib ki, pandemiyadan əvvəlki illə müqayisədə ölkəyə gələn əcnəbilərin sayı 52 faiz azdır.



Xəbəri paylaş

155 dəfə oxunub.

Digər xəbərlər