Saytımızı qiymətləndirin


 
 

BMT-nin azərbaycanlı rəsmisi Talibandan qadınların QHT-lərdə fəaliyyətinə dair qadağanı ləğv etməyi tələb edib
Tarix: 26-12-2022 | Saat: 14:37
Bölmə:Karusel / Dünya | çapa göndər

BMT-nin azərbaycanlı rəsmisi Talibandan qadınların QHT-lərdə fəaliyyətinə dair qadağanı ləğv etməyi tələb edib

BMT-nin Əfqanıstandakı Missiyasının rəhbəri Taliban administrasiyasının iqtisadiyyat naziri ilə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı Missiyası məlumat yayıb.

Bildirilib ki, görüş zamanı BMT rəsmisi Talibanın iqtisadiyyat nazirindən Əfqanıstanda QHT-lərin qadın işçilərinin fəaliyyətinə qoyulan qadağaya dair qərarı ləğv etməyi tələb edib.

“BMT-nin Əfqanıstandakı Missiyasının rəhbəri vəzifəsini icra edən Ramiz Ələkbərov bu gün Kabildə Talibanın iqtisadiyyat naziri Məhəmməd Həniflə görüşüb və görüşdə qadınların yerli və beynəlxalq QHT-lərin humanitar işlərində iştirakına qadağa qoyulması qərarını ləğv etməyə çağırıb.

Milyonlarla əfqanın humanitar yardıma ehtiyacı var və maneələrin aradan qaldırılması çox vacibdir”, - missiyanın yaydığı məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən həftə İqtisadiyyat Nazirliyi bütün yerli və xarici qeyri-hökumət təşkilatlarına növbəti bildirişə qədər qadın işçilərin çalışmasına icazə verməmək barədə göstəriş verib. Bu göstəriş birbaşa BMT-yə şamil edilmir, lakin onun bir çox proqramları bu qərara tabe olan QHT-lər tərəfindən həyata keçirilir.



Xəbəri paylaş

1115 dəfə oxunub.

Digər xəbərlər