Ana Sayfa > Karusel / Dünya > BMT-nin azərbaycanlı rəsmisi Talibandan qadınların QHT-lərdə fəaliyyətinə dair qadağanı ləğv etməyi tələb edib
BMT-nin azərbaycanlı rəsmisi Talibandan qadınların QHT-lərdə fəaliyyətinə dair qadağanı ləğv etməyi tələb edib26-12-2022, 14:37. Yazar: Admin |
BMT-nin Əfqanıstandakı Missiyasının rəhbəri Taliban administrasiyasının iqtisadiyyat naziri ilə görüşüb. Qarabaginfo.az xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı Missiyası məlumat yayıb. Bildirilib ki, görüş zamanı BMT rəsmisi Talibanın iqtisadiyyat nazirindən Əfqanıstanda QHT-lərin qadın işçilərinin fəaliyyətinə qoyulan qadağaya dair qərarı ləğv etməyi tələb edib. “BMT-nin Əfqanıstandakı Missiyasının rəhbəri vəzifəsini icra edən Ramiz Ələkbərov bu gün Kabildə Talibanın iqtisadiyyat naziri Məhəmməd Həniflə görüşüb və görüşdə qadınların yerli və beynəlxalq QHT-lərin humanitar işlərində iştirakına qadağa qoyulması qərarını ləğv etməyə çağırıb. Milyonlarla əfqanın humanitar yardıma ehtiyacı var və maneələrin aradan qaldırılması çox vacibdir”, - missiyanın yaydığı məlumatda qeyd olunub. Xatırladaq ki, ötən həftə İqtisadiyyat Nazirliyi bütün yerli və xarici qeyri-hökumət təşkilatlarına növbəti bildirişə qədər qadın işçilərin çalışmasına icazə verməmək barədə göstəriş verib. Bu göstəriş birbaşa BMT-yə şamil edilmir, lakin onun bir çox proqramları bu qərara tabe olan QHT-lər tərəfindən həyata keçirilir. Geri dön |