Saytımızı qiymətləndirin


 
 

Bakıda yaşayan Naxçıvan sakinlərinin diqqətinə: Şəxsiyyət vəsiqəsinin verilməsi vaxtı dəyişdirildi
Tarix: 05-01-2021 | Saat: 13:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Naxçıvanda daimi qeydiyyatda olan sakinlərə şəxsiyyət vəsiqələrinin verilməsinə Bakı-Naxçıvan-Bakı təyyarə reyslərinin bərpasından sonra başlanılacaq.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov məlumat verib.

O vurğulayıb ki, bir neçə gündür Naxçıvanda davam edən əlverişsiz hava şəraitinə görə təxirə salınmış Bakı-Naxçıvan-Bakı təyyarə reysləri bərpa edildikdən dərhal sonra Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərinin istifadə müddəti bitmiş, itirilmiş, istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin yenisi ilə əvəzlənməsi prosesinə başlanılacaq.

Vətəndaşlar təyyarə reysləri bərpa edildikdən dərhal sonra göstərilən ünvana müraciət edə biləcəklər.

Qeyd edək ki, şəxsiyyət vəsiqələrinin verilməsi ilkin mərhələdə yanvarın 31-dək Bakı şəhəri, Rəşid Behbudov küçəsi 130 ünvanında aparılacaq.



Xəbəri paylaş

305 dəfə oxunub.

Digər xəbərlər