Saytımızı qiymətləndirin


 
 

Azərbayan Kuboku: Bu gün daha iki oyun keçiriləcək
Tarix: 19-12-2023 | Saat: 10:43
Bölmə:Karusel / İdman | çapa göndər

 

Azərbayan Kuboku: Bu gün daha iki oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində daha iki oyun baş tutacaq.

 

Qarabaqinfo.az xəbər verir ki, ilk olaraq meydana “İrəvan” və “Araz-Naxçıvan” komandaları çıxacaq. “ASK Arena”da keçiriləcək qarşılaşma saat 13:00-da başlayacaq.

 

Günün digər oyunu isə Qəbələ şəhər stadionunda start götürəcək. “Qəbələ” “İmişli”ni qəbul edəcək. Bu görüş saat 16:00-da başlayacaq.

 

9 dekabr (çərşənbə axşamı)

13:00. “İrəvan” – “Araz-Naxçıvan”

 

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədo

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Nəriman Axundov

“ASK Arena”

 

16:00. “İmişli” – “Qəbələ”

Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Qəbələ şəhər stadionu

 

Qeyd edək ki, dünən “Sabah” “Kəpəz”ə 4:3, “Sumqayıt” isə “Karvan”a 3:1 hesabı ilə qalib gələrək növbəti raunda vəsiqə qazanıb. Mərhələnin digər oyunları 20 və 21 dekabrda keçiriləcək.



Xəbəri paylaş

168 dəfə oxunub.

Digər xəbərlər