Saytımızı qiymətləndirin


 
 

Vəkil Elçin Qəmbərov külli miqdarda dələduzluqda təqsirləndirilir
Tarix: 28-06-2022 | Saat: 17:20
Bölmə:Karusel / Kriminal | çapa göndər

Vəkil Elçin Qəmbərov külli miqdarda dələduzluqda təqsirləndirilir

Tanınmış vəkil Elçin Qəmbərovun həbsinin detalları məlum olub.

Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, xəbər verir ki, uzun illər Mərkəz Vəkil Bürosunun rəhbəri olmuş Elçin Qəmbərov vəkillik fəaliyyəti zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilir.

178.4-cü maddə etibardan sui-istifadə və ya aldatma yolu ilə xüsusilə külli miqdarda yəni - 500.000 (beş yüz min) manatdan yuxarı məbləğdə vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsinə görə məsuliyyət nəzərdə tutur.

Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətin İstintaq orqanının vəsatəti əsasında Elçin Qəmbərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Elçin Qəmbərov bir müddət Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olub.



Xəbəri paylaş

224 dəfə oxunub.

Digər xəbərlər