Saytımızı qiymətləndirin


 
 

İlham Əliyevin Berlin səfəri bəzi dairələri narahat edib - Erməni lobbisinin ucuz şousu
Tarix: 26-04-2024 | Saat: 12:54
Bölmə:Karusel / Siyasət | çapa göndər

İlham Əliyevin Berlin səfəri bəzi dairələri narahat edib - Erməni lobbisinin ucuz şousu

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada işgüzar səfərdədir. Dövlət başçısı Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə aprelin 26-da keçiriləcək “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir.

 

Lakin Azərbaycan Prezidentinin Almaniyaya səfəri erməni diasporu və bəzi dairələrin ürəyincə olmayıb. Erməni lobbisi və onların havadarları Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiyaya hazırlaşırlar. 

 

Erməni dairələri aprelin 26-da Federal kanselyariyanın qarşısında Azərbaycan Prezidentinin səfərinə “etiraz” olaraq, piket keçiriləcəyini anons edib.

 

Aksiyada Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror olmuş Luis Okampo və Almaniya Mərkəzi Erməni Şurasının üzvləri iştirak edəcək. Qeyd edək ki, erməni dairələrin əsassız “aksiya şousu”na alət elədiyi Argentinadan olan Okampo kriminal-korrupsioner keçmişi ilə tanınır. İstər Beynəlxalq Cinayət Məhkəməsində işlədiyi dövrdə, istərsə də sonrakı vaxtlarda onun adı şübhəli maliyyə maxinasiyalarında hallanıb. Vaxtilə korrupsiya və cinsi təqibdə ittiham olunan Okomponun Serj Sarqsyan, Arayik Arutunyanla dostluq münasibətləri var. Məlumata görə, hazırlanan “aksiya” erməni lobbisinin sifarişi ilə keçirilir.

Erməni lobbisi və havadarlarının təşkil etdiyi piketdə Almaniyadakı “azərbaycanlı bloger legionu” da iştirak edəcəyini anons edib.

 

Azərbaycan Prezidentinin səfəri zamanı belə bir aksiyanın təşkil olunması təsadüfi deyil. Regionda sülh üçün yaxşı perspektivlərin yarandığı, sərhədlərin delimitasiyası prosesinin başlandığı bir vaxtda erməni lobbisi və onların havadarları bu prosesə mane olmağa çalışır, gərginlik yaratmaq üçün belə ucuz şou qururlar. Lakin bu aksiyanın heç bir əhəmiyyəti və təsiri yoxdur. Erməni lobbisinin və onların pulla ələ aldıqları şəxslərin məqsədi yalnız öz “fəallığını” nümayiş etdirməkdir.

 

"Belə mitinqlərə yığışmaq ləyaqətsizlikdir"

 

Məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan Milli Məclisin Azərbaycan və Almaniya Federativ Respublikası Parlamentlərarası İşçi Qrupunun üzvü Sabir Rüstəmxanlı söyləyib ki, hər bir azərbaycanlı dövlətinin maraqlarını düşünməlidir:

 

"Avropa dövlətlərinin Azərbaycana bu qədər təzyiqlərinə baxmayaraq, ölkə başçımız Avropya gedir və müəyyən danışıqlarda iştirak edirsə, burada hər bir azərbaycanlı dövlətin maraqlarını düşünməlidir. Burada iqtidar-müxalifət münasibətləri yox, dövlətinin maraqları önəmlidir. Ermənilərin etiraz etməsi anlaşılandır. Onlar İlham Əliyev və Azərbaycandan yanıqlıdırlar. Ona görə ki, 30 il ərzində onların etdikləri heç bir nəticə verməyib. Azərbaycan ərazi bütövlüyünü təmin edib və separatçıları ərazilərindən qovub. Bunu başa düşdük. Amma bizimkilərin iqtidar uğrunda mübarizəsi, guya Azərbaycanda islahat, demokratik sistem qurmaq istəyi, nəbilim Avropa standartlarına uyğun nəsə qurmaq istəyi ilə etirazları nə məna verir? Avropa standartları nədir, onu başa düşmürlər. Avropa standarları  bu gün Azərbaycanın haqq səsini boğmaq, ona düşmənçilik etməkdirsə, bu nə deməkdir? Bütün bunları nəzərə almayıb, belə mitinqlərə yığışmaq ləyaqətsizlikdir".

"Avropada yüz minlərlə azərbaycanlı var ki, cənab İlham Əliyevi sevir və dəstəkləyir. Onlar da gərək bu gün Prezidenti qarşılamağa çıxaydılar. Bunu düşünmək lazımıydı", - S.Rüstəmxanlı əlavə edib.

 

"Azərbaycanlıların etiraz aksiyasında iştirakı xoşagəlməz və arzuolunmaz haldır"

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, azərbaycanlıların dövlət başçısına qarşı piket keçirməsi mənfi haldır:

 

"Son vaxtlar Azərbaycanın daxili və xarici siyasətindəki müstəqillik, stabillik təbii olaraq bir sıra qüvvələri narahat edir. Bunların içərisində Azərbaycanı, onun yürütdüyü siyasəti sevməyən, bəzi qüvvələr tərəfindən maliyyələşdirilən erməni diasporu, eləcə də özünü mühacir adlandıran və ölkəmizə qarşı fikirlər yürüdən azərbaycanlılar da var. Ermənilərin etirazı anlaşılandır. Axı, İlham Əliyev Qarabağı erməni işğalından azad edib və Qarabağdan erməni separatçıları qovub. Azərbaycanlıların isə etiraz aksiyasında iştirakı xoşagəlməz və arzuolunmaz haldır".

"Buna baxmayaraq, Avropanın bir sıra dövlətləri, Almaniya da daxil olmaqla Azərbaycanı enerji təhlükəsizliyiin qarşısını alan dövlət kimi  qəbul edir.  Son zamanlar delimitasiya və demarkasiya ilə bağlı ikitərəfli danışıqlarla əlaqədar istər Almaniya, Qərb dövlətləri  dəstəklədi, yüksək qiymətləndirdilər",- deputat qeyd edib.



Xəbəri paylaş

166 dəfə oxunub.

Digər xəbərlər