Saytımızı qiymətləndirin


 
 

Ekspert: “NATO ölkələri Ukraynaya yardım etmək üçün silah istehsalını artırmalıdır”
Tarix: 12-01-2023 | Saat: 12:13
Bölmə:Karusel / Dünya | çapa göndər

“NATO dövlətləri Ukraynaya Rusiyanın hərbi təcavüzünə müqavimət göstərməkdə yardım etmək üçün hərbi istehsalı artırmalıdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Slovakiyanın Bratislava şəhərində yerləşən GLOBSEC Qlobal Analitik Mərkəzinin vitse-prezidenti, ekspert Roland Freudenşteyn deyib.

Onun sözlərinə görə, NATO-nun Baş katibi Yens Stoltenberqin alyansın hərbi ehtiyatlarının tükənməsi ilə bağlı son bəyanatları bir növ xəbərdarlıqdır: “Amma mən əminəm ki, Ukraynanın dostları lazımi addımları atacaq və vaxtında silah tədarükünü həyata keçirəcək”.

Ekspertin fikrincə, 2023-cü il bu baxımdan çətin il olacaq, lakin Ukrayna Qərbin köməyi ilə ayaqda qalmağı bacaracaq: "Bu il də olmasa, 2024 və ya 2025-ci ildə Rusiyada ciddi hərbi və iqtisadi tənəzzül yaşanacaq və buna görə də bu dövləti gec-tez siyasi fəlakət gözləyir".

Şimali Atlantika Alyansının genişlənməsi perspektivlərini şərh edən R.Freudenşteyn bildirib ki, NATO-nun qapıları açıqdır: "Finlandiya və İsveçin NATO-ya daxil olması təkcə alyans üçün hərbi təkan deyil, həm də Rusiya Prezidenti Vladimir Putinin əldə etmək istədiyinin tam əksidir. Ukrayna Rusiyanın işğalını dəf etmək və özünü müdafiə edə bilmək üçün əhəmiyyətli təhlükəsizlik təminatları və əlavə genişmiqyaslı yardım alacaq. Rusiyanın illərdir törətdiklərinə görə Ukrayna müəyyən məqamda NATO-ya üzv də qəbul edilə bilər”.

"Rusiya başa düşməlidir ki, NATO genişlənməyə can atmır, əksinə, müstəqilliklərini qorumaq istəyən Rusiyanın qonşuları özləri alyansa qoşulmağa maraq göstərir”, - ekspert fikrini tamamlayıb.



Xəbəri paylaş

1121 dəfə oxunub.

Digər xəbərlər