Türkiyə Silahlı Qüvvələri Suriyada YPG/PKK terror təşkilatına qarşı yeni hərbi əməliyyat planlaşdırır.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyə ordusu Suriyada YPG/PKK-ya qarşı 2016-cı ildə “Fərat qalxanı”, 2018-ci ildə “Zeytun budağı”, 2019-cu ildə “Sülh çeşməsi” əməliyyatları həyata keçirib.
Türk yaxın mənbələr Türkiyənin mümkün hərbi əməliyyata hazırlıq məqsədilə Suriyadakı müttəfiqlərinə hərbi təchizat göndərdiyini və müxaliflərin hədəf alınacağı gözlənilən bölgələrə yerləşdirildiyini bildirib.
Azad Suriya Ordusunun sözçüsü mayor Yusif Hamud Türkiyənin Suriyanın şimalında YPG/PKK terrorçularına qarşı mümkün hərbi əməliyyatda iştirak etməyə hazır olduqlarını açıqlayıb.
Türkiyənin yüksək rütbəli təhlükəsizlik rəsmisi isə hazırlıqların aparıldığını bildirib və deyib ki, bütün hazırlıqlar tamamlandıqdan sonra əməliyyat başlayacaq.
Ötən həftə Romada ABŞ Prezidenti Co Baydenlə görüşdən sonra açıqlama verən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan yeni əməliyyatların olacağını istisna etməmişdi: “Vəziyyətə uyğun olaraq addım atacağıq. Geriyə dönüş yoxdur”./teleqraf/