Tarix: 26-04-2024 | Saat: 14:55
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu gün Avtosfer.az saytının yubileyidir - 10 yaşı tamam olur.
Qarabaqinfo.az-ın məlumatına görə, sayt 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İB tərəfindən həyata keçirilən “Peşəkar sürücü; yol hərəkətində hüquq və vəzifələr” adlı layihə çərçivəsində yaradılıb.
Bu müddətdə yol hərəkəti qaydaları, avtomobil xəbərləri və ümumilikdə nəqliyyat sahəsində ixtisaslaşmış sayta çevrilən Avtosfer.az fəaliyyət göstərdiyi illər ərzində ölkənin peşəkar və tanınmış saytları sırasına qalxa bilib.
Bu gün nəqliyyatın bütün sahələrini özündə birləşdirən Avtosfer.az sürücü, piyada və ümumilikdə cəmiyyətimiz üçün faydalı olan bir platforma sayılır.
Oxucular öz problemlərinin həlli üçün sayta müraciət edir, eyni zamanda onları maraqlandıran suallara cavab alırlar.
Avtosfer.az bu 10 ildə kifayət qədər auditoriya toplaya bilib.
Saytın baş redaktoru Elməddin Muradlı yubiley təəssüratlarını bölüşüb:
“Çox sevincli, həyəcanlı bir gündür. 2014-cü ilin aprelində bu saytı yaradıb işə başlayanda necə həyəcanlı idimsə, bu gün - 10 illik yubileyimizdə də eyni hissləri, həyəcanı yaşayıram.
Avtosfer.az sırf yol hərəkəti təhlükəsizliyi sahəsində maarifləndirici saytdır, ictimai-siyasi sferada baş verən çox vacib hadisələri də diqqətdən kənarda qoymuruq.
Əsas hədəfimiz təhlükəsiz yollar, sağlam cəmiyyət, qəzasız-bəlasız mühit, düşüncəli sürücü və piyada dolu mühit yaratmaqdır”.
Həmkarlarımızı təbrik edirik.
Digər xəbərlər