Saytımızı qiymətləndirin


 
 

Rusiya səfiri sanksiyaların Azərbaycanla sazişlərə təsirindən danışıb
Tarix: 30-03-2022 | Saat: 12:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

Mixail Boçarnikov: “Rusiya qardaş Azərbaycana kömək etmək üçün əlindən gələni edir”

 

“Rusiya Federal Gömrük İdarəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycan Rusiya arasında ticarət dövriyəsinin 3.3 milyard dollar olub. Bu, həm Azərbaycanın Rusiyaya ixracı, həm də Rusiyanım Azərbaycana məhsullara ixracı baxımdan pandemiyadan əvvəl qeydə alınan göstəricilərdən də yüksəkdir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

“Hesab edirəm ki, Rusiya - Azərbaycan ticarət əlaqələrinin daha da genişlənməsi üçün perspektivləri var”, - deyə səfir qeyd edib. 

Rusiyaya qarşı sanksiyaların Azərbaycanla bağlanan sazişlər üzrə ödənişlərə necə təsir edəcəyinə dair suala cavab verən səfir bildirib ki, bu sahədə müəyyən problemlər var: “Lakin düşünürük ki, bu, sistemli xarakter daşımır. Problem əsasən Rusiya rublunun kursunun dəyişməsi ilə bağlıdır. Belə çətinliklərin qısa müddətdə aradan qaldırılması üçün milli valyutalarla ödənişə keçid önəmlidir. Bu, Azərbaycanla Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarında da yer alıb”. 

O, həmçinin qeyd edib ki, Rusiya- Azərbaycan arasında ticarətin həcmlərinin artırılması üçün yaşıl dəhliz layihəsi təqim olunub. Bu layihə gömrük prosedurlarının sadələşdirilməsini nəzərdə tutur.



Xəbəri paylaş

281 dəfə oxunub.

Digər xəbərlər