Fransa Xankəndidən başlamaq istəyir - Qarabağ növbəti savaş meydanına...
Tarix: 25-01-2023 | Saat: 17:16
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1233 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 25-01-2023 | Saat: 17:16
Bölmə:Karusel / Qarabağ | çapa göndər

"Fransa açıq-aşkar Cənubi Qafqazda özünə yer etmək niyyətindədir".
Qarabaginfo.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.
O bildirib ki, Rusiya C.Qafqazda əsas söz sahibi olmaq istədiyi üçün Fransaya çətin olacaq:
"Fransa imperial ambisiyalarını, imperial siyasətini davam etdirir. Necə ki, Afrikada, Yaxın Şərqdə, Suriyada, Liviyada, Şərqi Aralıq dənizində imperial ambisiyalarla çalışırdı, indi Qafqazda da buna can atır. Biz bunu açıq şəkildə görürük. Senatın Azərbaycana qarşı sanksiya qətnaməsində açıq şəkildə bildirilmişdi ki, bu sanksiyalar o vaxt Azərbaycana tətbiq edilməyə bilər ki, Azərbaycan-Ermənistan sərhəddində Fransa hərbi bazasının yerləşməsinə Azərbaycan etiraz etməsin, eyni zamanda Fransa Xankəndidə nümayəndəlik açsın.
Yəni bu, defakto Xankəndinə muxtariyyat deməkdir və eyni zamanda Cənubi Qafqazda hərbi bazaya Azərbaycanın da razılıq verməsi deməkdir. Əlbbəttə, biz buna icazə verə bilməzdik. Daha sonra Laçın dəhlizi ilə bağlı bu cür iddialar səsləndi. Ən son Gümrüdəki bazanı Rusiya ilə bərabər beynəlxalq birliyin də, ATƏT-in digər ölkələrinin də BMT mandatı adı altında hərbiçi yerləşdirməsinə çağırdı. Bütün bunlar onu göstərir ki, Fransa C.Qafqazda öz ordusunu yerləşdirməkdə və yaxud ən azı beynəlxalq hərbi kontingent tərkibində Qafqazda təmsil olunmaqda maraqlıdır və bunu demək olar ki, gizlətmir.
Əlbəttə ki, burada xarici ölkələrin fərqli reaksiyaları ola bilər. ABŞ, Böyük Britaniya Fransanın bu təklifinə ümumiyyətlə heç qulaq asmadılar. Onlar böyük ehtimalla Rusiya ilə hansısa hərbi ittifaqda, hərbi birlikdə olmaq istəmirlər, ümumiyyətlə Rusiyanı Cənubi Qafqazdan çıxartmağı düşünürülər və Rusiya ilə əməkdaşlıq etmək istəmirlər.
Rusiya isə indiki məqamda aydındır ki, C.Qafqazda əsas söz sahibi olmaq istəyir. Rusiya düşünür ki, Ukrayna müharibəsi bitdikdən sonra yenidən Qafqaza qayıdacaq və Cənubi Qafqazda əsas söz sahibi olacaq. Ona görə Rusiya başqa qüvvələrin bizim çevrəmizdə olmasına əlbəttə ki, müsbət baxmır. Bu məsələdə Rusiyanın mövqeyi ondan ibarətdir ki, Rusiya nə Ermənistandakı hərbi bazasını böldüşdürmək istəyir, nə Qarabağdakı sülhməramlı kontingentinin başqa ölkə ilə əvəz etmək və ya birləşdirmək (yəni beynəlxalq mandata çevirmək istəmir) istəmir.
Eyni zamanda Rusiya artıq bu missiyaya da şübhə ilə yanaşır. Belə ki, Sergey Lavrovun "Yeni 200 nəfərlik missiyaya görə Azərbaycan tərəfinin razılığı olmalı idi" fikirləri ona deməyə əsas verir ki, Rusiya da bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir və bölgəyə həmin missiyanın gəlməyinin əleyhinədir".
Xəbəri paylaş
Digər xəbərlər
28-12-2018, 10:36
Qırğız Respublikasının sabiq DGX sədri Azərbaycandan ekstradisiya olunub
12-04-2023, 17:20
“İstintaqın gəldiyi nəticələr göstərdi ki, hər iki atəş...” - Fazil Mustafa danışdı
20-10-2021, 14:33
Gəlinini doğrayan qayınataya 18 il HƏBS VERİLDİ
14-08-2023, 15:22
Dövlət qulluğu imtahanlarının nəticələri açıqlandı
6-11-2021, 10:42
ABŞ azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 500 min dollar ayırıb
21-02-2022, 17:04
Qarabağda işləmək istəyənlər hara müraciət etsin?
18-06-2025, 16:53
Ceyhun Bayramovla Sergey Lavrov İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər
28-02-2022, 12:59
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
10-07-2026, 08:25
ABŞ və Vatikan Ukrayna üzrə sülh səylərini müzakirə edib


















