Ana Sayfa > Karusel / Qarabağ > Fransa Xankəndidən başlamaq istəyir - Qarabağ növbəti savaş meydanına...
Fransa Xankəndidən başlamaq istəyir - Qarabağ növbəti savaş meydanına...25-01-2023, 17:16. Yazar: Admin |
"Fransa açıq-aşkar Cənubi Qafqazda özünə yer etmək niyyətindədir".
Qarabaginfo.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.
O bildirib ki, Rusiya C.Qafqazda əsas söz sahibi olmaq istədiyi üçün Fransaya çətin olacaq:
"Fransa imperial ambisiyalarını, imperial siyasətini davam etdirir. Necə ki, Afrikada, Yaxın Şərqdə, Suriyada, Liviyada, Şərqi Aralıq dənizində imperial ambisiyalarla çalışırdı, indi Qafqazda da buna can atır. Biz bunu açıq şəkildə görürük. Senatın Azərbaycana qarşı sanksiya qətnaməsində açıq şəkildə bildirilmişdi ki, bu sanksiyalar o vaxt Azərbaycana tətbiq edilməyə bilər ki, Azərbaycan-Ermənistan sərhəddində Fransa hərbi bazasının yerləşməsinə Azərbaycan etiraz etməsin, eyni zamanda Fransa Xankəndidə nümayəndəlik açsın.
Yəni bu, defakto Xankəndinə muxtariyyat deməkdir və eyni zamanda Cənubi Qafqazda hərbi bazaya Azərbaycanın da razılıq verməsi deməkdir. Əlbbəttə, biz buna icazə verə bilməzdik. Daha sonra Laçın dəhlizi ilə bağlı bu cür iddialar səsləndi. Ən son Gümrüdəki bazanı Rusiya ilə bərabər beynəlxalq birliyin də, ATƏT-in digər ölkələrinin də BMT mandatı adı altında hərbiçi yerləşdirməsinə çağırdı. Bütün bunlar onu göstərir ki, Fransa C.Qafqazda öz ordusunu yerləşdirməkdə və yaxud ən azı beynəlxalq hərbi kontingent tərkibində Qafqazda təmsil olunmaqda maraqlıdır və bunu demək olar ki, gizlətmir.
Əlbəttə ki, burada xarici ölkələrin fərqli reaksiyaları ola bilər. ABŞ, Böyük Britaniya Fransanın bu təklifinə ümumiyyətlə heç qulaq asmadılar. Onlar böyük ehtimalla Rusiya ilə hansısa hərbi ittifaqda, hərbi birlikdə olmaq istəmirlər, ümumiyyətlə Rusiyanı Cənubi Qafqazdan çıxartmağı düşünürülər və Rusiya ilə əməkdaşlıq etmək istəmirlər.
Rusiya isə indiki məqamda aydındır ki, C.Qafqazda əsas söz sahibi olmaq istəyir. Rusiya düşünür ki, Ukrayna müharibəsi bitdikdən sonra yenidən Qafqaza qayıdacaq və Cənubi Qafqazda əsas söz sahibi olacaq. Ona görə Rusiya başqa qüvvələrin bizim çevrəmizdə olmasına əlbəttə ki, müsbət baxmır. Bu məsələdə Rusiyanın mövqeyi ondan ibarətdir ki, Rusiya nə Ermənistandakı hərbi bazasını böldüşdürmək istəyir, nə Qarabağdakı sülhməramlı kontingentinin başqa ölkə ilə əvəz etmək və ya birləşdirmək (yəni beynəlxalq mandata çevirmək istəmir) istəmir.
Eyni zamanda Rusiya artıq bu missiyaya da şübhə ilə yanaşır. Belə ki, Sergey Lavrovun "Yeni 200 nəfərlik missiyaya görə Azərbaycan tərəfinin razılığı olmalı idi" fikirləri ona deməyə əsas verir ki, Rusiya da bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir və bölgəyə həmin missiyanın gəlməyinin əleyhinədir".
Geri dön |