Saytımızı qiymətləndirin


 
 

Əkrəm İmamoğlunun həbs müddəti uzadılıbƏkrəm İmamoğlunun həbs müddəti uzadılıb
Tarix: 09-01-2026 | Saat: 19:46
Bölmə:Karusel / Region | çapa göndər

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılaraq həbs edilən Əkrəm İmamoğlu

 

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılaraq həbs edilən Əkrəm İmamoğlunun işi üzrə sənədlər üzərindən aparılan həbs qətimkan tədbirinə baxış zamanı onun həbsdə saxlanılmasının davam etdirilməsinə qərar verilib.

Qarabaginfo.az xəbər verir ki, korrupsiya işi üzrə həbsdə olan digər təqsirləndirilən şəxslər barəsində də həbs qətimkan tədbiri uzadılıb.

Qeyd edək ki, ötən ilin iyulun 16-da Əkrəm İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Əkrəm İmamoğluna “terrorla mübarizədə iştirak edən insanları hədəfə almaq”dan bəraət versə də, “vəzifə borcunu yerinə yetirdiyinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək” maddəsi ilə 1 il 5 ay 15 gün, “hədə-qorxu” maddəsi ilə isə 2 ay 15 gün müddətinə azadlıqdan məhrum edib.



Xəbəri paylaş

25 dəfə oxunub.

Digər xəbərlər
9-10-2022, 12:35 Sabah yağış yağacaq