Saytımızı qiymətləndirin


 
 

Aksiyanın 124-cü günü - Laçın yolunda vəziyyət necədir?
Tarix: 14-04-2023 | Saat: 10:29
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Aksiyanın 124-cü günü - Laçın yolunda vəziyyət necədir?

 

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 124 gündür davam edir.

 

Qarabaginfo.az xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb.

 

Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.

 

Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

 

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

 

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər. Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.



Xəbəri paylaş

1119 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır