Saytımızı qiymətləndirin


 
 

“Çin hazırda Rusiyaya Ukraynada istifadə üçün silah vermir”- BLİNKEN
Tarix: 26-04-2024 | Saat: 20:56
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ dövlət katibi Entoni Blinken Çinin Rusiyaya silah və hərbi texnika vermədiyini bəyan edib.

Qarabaginfo.az xəbər verir ki, Blinken bunu Pekində ABŞ İctimai Radiosuna müsahibəsində deyib.

“Çin hazırda Rusiyaya Ukraynada istifadə üçün silah vermir”, – dövlət katibi bildirib.

Eyni zamanda, Blinken Çinin Rusiya hərbi-sənaye kompleksi üçün kritik komponentlərin bir nömrəli təchizatçısı olduğunu deyib. Onun fikrincə, Çin Rusiyaya Ukraynaya göndərilən sursat, silah, tank və digər zirehli texnikanın kütləvi istehsalında istifadə olunan mikroelektronika, optika və digər mallar verir.



Xəbəri paylaş

174 dəfə oxunub.

Digər xəbərlər