Tanınmış vəkil Elçin Qəmbərovun həbsinin detalları məlum olub.
Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, xəbər verir ki, uzun illər Mərkəz Vəkil Bürosunun rəhbəri olmuş Elçin Qəmbərov vəkillik fəaliyyəti zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilir.
178.4-cü maddə etibardan sui-istifadə və ya aldatma yolu ilə xüsusilə külli miqdarda yəni - 500.000 (beş yüz min) manatdan yuxarı məbləğdə vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsinə görə məsuliyyət nəzərdə tutur.
Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətin İstintaq orqanının vəsatəti əsasında Elçin Qəmbərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Elçin Qəmbərov bir müddət Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olub.