Saytımızı qiymətləndirin


 
 

Zəlimxan Məmmədli prezident İlham Əliyevə təşəkkür edib
Tarix: 26-04-2024 | Saat: 07:28
Bölmə:Karusel / Siyasət | çapa göndər

Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Gürcüstana girişinə qadağanın aradan qaldırılması ilə bağlı Prezident İlham Əlievə təşəkkür edib.
Qarabaginfo.az xəbər verir ki, Z.Məmmədli Gürcüstana girişinə qadağanın aradan qaldırılması ilə bağlı 2014-cü ildən mütəmadi olaraq həm Azərbaycanın, həm də Gürcüstanın rəsmi qurumlarına bu ədalətsizliyin aradan qaldırılması xahişi ilə müraciətlər etdiyini bildirib.
“Sonuncu müraciətim bu ilin fevral ayının 24-də Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə oldu. Prezidentin göstərişi ilə əlaqədar qurumlar bu problemin həlli ilə bağlı Gürcüstanın müvafiq qurumları ilə intensiv iş apardılar və mənim Gürcüstan giriş yasağım aradan qalxmış oldu.
Bu işdə Azərbaycan Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin, Gürcüstanda Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevin, DTX sədri Əli Nağıyevin əməyini xüsusi qeyd etmək istəyirəm.
Təbii ki, ilk öncə Azərbaycan Prezidenti cənab İlham Əliyevə 10 illik yurd həsrətimə son qoyduğu üçün xüsusi təşəkkürümü bildirirəm. Eyni zamanda Gürcüstanın müvafiq qurumlarına Azərbaycan tərəfinin təklifinə qarşılıq verdiklərini də qeyd etməyi vacib hesab edir və qiymətləndirirəm.
Qeyd etməyi vacib hesab edirəm ki, Gürcüstan mənim üçün çox doğmadır. Əsil-nəslimin, yüz minlərlə soydaşımın məskunlaşdığı vətəndir. Gürcüstanın unitarlığı, güclənməsi, ərazi bütövlüyünün təmini, separatçılardan təmizlənməsi, Azərbaycanla strateji tərəfdaşlığının möhkəmlənməsi ideallarım sırasındadır”.


Xəbəri paylaş

183 dəfə oxunub.

Digər xəbərlər