Saytımızı qiymətləndirin


 
 

Türkiyə və Azərbaycan Bakının azad edilməsinə həsr olunan bədii film çəkir –"Qızıl qatar"
Tarix: 09-04-2024 | Saat: 11:12
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Türkiyənin tanınmış film şirkətləri olan “Skala Film Prodüksiyon” və “Tulpar Film” şirkətləri ilə də anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, yaxın vaxtlarda Azərbaycan və Türkiyə bazarlarına çıxacaq “Qızıl qatar” (“Altın tren”) adlı birgə filmin istehsalı nəzərdə tutulur.

Qarabaginfo.az bildirir ki, bu sözləri əməkdar incəsənət xadimi, Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu AZƏRTAC-a müsahibəsində deyib.

Film XX əsrin əvvəllərində Türkiyə və Azərbaycanın əlaqələrindən bəhs edir. Filmdə 1918-ci ildə Nuru paşanın komandanlığı ilə Osmanlı ordusunun Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gəlməsi, həmçinin Azərbaycandan qardaş Türkiyəyə qızıl yüklü qatarın göndərilməsi öz əksini tapacaq.

Türkiyə ilə birgə istehsal olunacaq daha bir film Nargin adasında saxlanılan türk əsirlərinin həyatından bəhs edən “Narginli Sona” filmidir. Film Türkiyənin “Yerli Düşünce Basın Yayın Medya” şirkəti tərəfindən bizimlə birgə maliyyələşdirilir.

“Türkiyə şirkətləri ilk dəfə olaraq məhz indi Azərbaycanın kino sənayesinə investisiya yatırır. Qarşılıqlı razılaşmaya əsasən Türkiyənin tanınmış film şirkətləri ölkəmizdə olan çəkiliş məkanlarından istifadə edəcəklər”-deyə O. Fikrətoğlu vurğulayıb.



Xəbəri paylaş

1419 dəfə oxunub.

Digər xəbərlər