Saytımızı qiymətləndirin


 
 

Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra ölümü ilə bağlı həbs olunan həkimin məhkəməsi başlayır
Tarix: 30-05-2025 | Saat: 14:46
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurova vəfat etdi - Oxu.az

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü faktı üzrə başlanmış cinayət işi məhkəmə başlayır.

Qarabaginfo.az xəbər verir ki, cinayət işi Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 5-nə təyin edilib.

Qeyd olunub ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. (https://genprosecutor.gov.az/az/post/8322)

İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib



Xəbəri paylaş

116 dəfə oxunub.

Digər xəbərlər