Tarix: 26-08-2021 | Saat: 10:30
Bölmə:Karusel / Gündəm | çapa göndər
Prezidenin sabiq köməkçisi Əli Həsənovun qızı Səfiyə Mehbalıyevanın (Həsənova) Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı işindən azad edilməsi haqda məlumat yayılıb. Ə. Həsənov sözügedən xəbərə münasibət bildirib.
Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Bakupost.az-a danışan Prezidenin sabiq köməkçisi bildirib ki, o, xaricdə təhsil almaq məqsədilə, öz ərizəsi əsasında işdən azad olunub:
"Mən hələ Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri olarkən qızım Səfiyə xaricdə təhsil almaq məqsədilə öz ərizəsi ilə işdən azad olunub və Londonda təhsil alır. Sadəcə olaraq akademiyanın saytı yenilənməyib deyə, onun adı indi götürülüb. Saytda onun indi işdən çıxarılmasının göstərilməsi texniki xətadır”.
Qeyd edək ki, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına 20 il Əli Həsənov rəhbərlik edib və qızını da həmin kafedranın müəllimi vəzifəsinə təyin edib.
Məlumat üçün bildirək ki, Əli Həsənovun qızı eyni zamanda Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin oğlu - Qaradağ rayon Polis İdarəsinin sabiq rəisi, polkovnik İsfəndiyar Mehbalıyevin həyat yoldaşıdır.
Digər xəbərlər