Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski deyib. O, Qazaxıstanı zəif ölkə adlandırıb.
“Qazaxıstan zəif ölkədir, onu 2 saata məhv etmək olar”, -deyib.
Daha sonra bir az da uzağa gedərək Qazaxıstanı bölməyə çağırıb.
“Qazaxıstanı ancaq iki yerə bölmək olar: şimalı rusların, cənubu isə qazaxların olsun”, – Jirinovski deyib.
“Böyük Turan” ideyasından qorxan rusların timsalında Jirinovski qazaxların fikrini yenə Rusiyaya yönəltməyə çalışır.
“Qazaxlar üçün Moskvaya getmək Ankaraya getməkdən daha asandır. Onlarla Ankarada heç kim kimi davranırlar”, – Jirinovski əlavə edib.