Ana Sayfa > Karusel / Region > Qazaxıstan 2 saata məhv etmək və 2 yerə bölmək olar - Jirinovski

Qazaxıstan 2 saata məhv etmək və 2 yerə bölmək olar - Jirinovski


7-01-2022, 08:00. Yazar: Admin
“Qazaxıstan zəif ölkədir, onu 2 saata məhv etmək olar”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski deyib. O, Qazaxıstanı zəif ölkə adlandırıb.

“Qazaxıstan zəif ölkədir, onu 2 saata məhv etmək olar”, -deyib.

Daha sonra bir az da uzağa gedərək Qazaxıstanı bölməyə çağırıb.

“Qazaxıstanı ancaq iki yerə bölmək olar: şimalı rusların, cənubu isə qazaxların olsun”, – Jirinovski deyib.

“Böyük Turan” ideyasından qorxan rusların timsalında Jirinovski qazaxların fikrini yenə Rusiyaya yönəltməyə çalışır.

“Qazaxlar üçün Moskvaya getmək Ankaraya getməkdən daha asandır. Onlarla Ankarada heç kim kimi davranırlar”, – Jirinovski əlavə edib.


Geri dön